Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Türkiyə və İran xarici işlər nazirlərinin görüşü 6 saat davam edib

“Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ötən gün Tehrana qısamüddətli səfər edərək ölkənin XİN başçısı Məhəmməd Cavad Zərif ilə görüşüb”.

Bu sözləri İran XİN sözçüsü Bəhram Qasimi deyib.

B.Qasiminin sözlərinə görə, danışıqlarda ikitərəfli əlaqələr, regionda baş verən proseslər, xüsusilə Suriya böhranı müzakirə olunub.

B.Qasimi qeyd edib ki, M. C. Zərif ilə M.Çavuşoğlu arasında görüş 5 saat davam edib.

“Məhəmməd Cavad Zərifin ötən həftə Türkiyəyə səfəri zamanı iki ölkə arasında davamlı şəkildə rəsmi və qeyri rəsmi görüşlərin keçirilməsinin zəruriliyi vurğulanıb. Bu səbəbdən yaxın gələcəkdə də iki ölkə rəsmiləri arasında görüşlərin keçiriləcəyi gözlənilir”, – deyə Bəhram Qasimi deyib.

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

AB-nin Yerevana göndərdiyi səfir yol qəzasına düşüb

%d bloqqer bunu bəyənir: