Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Türkiyə və ABŞ arasında “kürd çəkişməsi” davam edir

Türkiyə onun Suriya münaqişəsindəki rolunu tənqid edən Birləşmiş Ştatlara kəskin reaksiya verib.

Suriya ərazisinə müdaxilə edən Türkiyə silahlı qüvvələri özünü İslam Dövləti adlandıran qrupdan başqa, həm də Suriyanın şimalında böyük ərazilərə nəzarət edən və İŞİD-ə qarşı mübarizədə ABŞ tərəfindən müttəfiq kimi dəstəklənən kürd qüvvələrinə zərbələr endirir.

Məhz bu, Vaşinqtonun ciddi etirazına səbəb olub. Birləşmiş Ştatlar bəyan edib ki, Türkiyə silahlı qüvvələrinin kürdlərin daxil olduğu Suriya Demokratik Qüvvələri üzərində hücumu qəbuledilməzdir.

Məhz bu bəyanatla əlaqədar Ankara ABŞ səfindən izahat istəyib.

Bundan bir gün əvvəl ABŞ hərbiyyəsinin sözçüsü hər iki tərəfi aralarındakı toqquşmalara son qoyub diqqəti İŞİD-ə yönəltməyə çağırmışdı.

Çərşənbə günü isə Rusiya da nəhayət Türkiyəyə müraciət edərək Suriyada İŞİD-ə qarşı döyüşən etnik qüvvələrin, o cümlədən kürdlərin hədəflənməsini dayandırmağa çağırıb.

Atəşkəs olmayıb

Vaşinqtondan alınan bəzi rəsmi xəbərlərdə Türkiyə hərbçiləri və Suriya kürdləri arasında kövrək atəşkəs əldə olunduğu deyilirdi.

Ankara bu xəbərlərə olduqca sərt reaksiya verib.

Türkiyənin Avropa məsələləri naziri Ömer Çelik bəyan edib ki, “Türkiyə suveren dövlətdir və o heç bir terrorçu təşkilatla danışıqlar aparmır və atəşkəs elan etmir”.

Onun ardınca baş nazir Binali Yıldırım da bəyan edib kİ, “Türkiyə silahlı qüvvələrinin hücumları bütün terrorçu elementlər neytrallaşdırılına və sərhədlərimizə təhlükə sovuşana qədər davam etdiriləcək”.

Təhlilçilər bildirirlər ki, hazırda Vaşinqton, icrası az qala mümkün olmayan missiya ilə məşğuldur.

ABŞ Suriyada İŞİD-ə qarşı mübarizədə həm kürdlərin, həm də Türkiyənin dəstəyinə bel bağlayır. Halbuki bu ikisi arasında razılaşma əldə etmək hələlik təsəvvürə belə gəlmir.

ABŞ Suriya kürdlərinə türklərin tələbinə uyğun olaraq qüvvələrini Fərat çayının şərq sahilinə çəkməyi əmr etmişdi.

Bu məsələyə dair ziddiyyətli xəbərlər alınır.

Kürdlər artıq Fəratın sağ sahilinə çəkildiklərini bilidrsələr də, bir sıra başqa mənbələr bunun hələlik baş vermədiyini xəbər verir.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Errmənistandakı QHT-nin rəhbəri Moskvaya buraxılmadı

%d bloqqer bunu bəyənir: