Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Türkiyə Rusiyanın köməyinə ehtiyacı olan dövlət deyil”

Xəbər verdiyimiz kimi, Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsi sədrinin müavini Frans Klintseviç “İzvestiya” qəzetinə açqlamasında  Rusiyanın rəsmi Ankaranın Suriyadakı “Fərat qalxanı” anti-terror əməliyyatına dəstək verməyəcəyini deyib.

Politoloq Cümşüd NuriyevModerator.az-a açıqlamasında bu məsələyə münasibət bildirib.
C.Nuriyev bunun hələ Rusiya dövlətinin mövqeyi olmadığını vurğulayıb: 
“Digər bir məsələ də var, ABŞ müraciət edib ki, Rakka şəhərində İŞİD-in dayaqlarını sarsıtmaq, onları çıxartmaq lazımdır. Ona görə bunların hələ nə dərəcədə həll olunmuş məsələ olduğunu demək olmaz. Amma bütün hallarda Türkiyə bu məsələyə elə köklənib ki, gücü nəyə çatırsa, onu da həyata keçirəcək. O da bir həqiqətdir ki, İŞİD-in vaxtilə qol-qanad açmasında Türkiyənin böyük xidməti olub. Türkiyə bir növ öz əliylə elədiyini, təzədən öz əliylə yığışdırmaq məcburiyyətində qaldı.
Rusiyanın canlı qüvvə ilə Türkiyəyə kömək edəcəyi inandırıcı görünmür. Ola bilər ki, başqalarını qıcıqlandırmamaq üçün də bunu açıqlamasınlar. Putinlə Ərdoğan arasında hansı razılaşma olduğunu da bilmirik. Rusiyanın maliyyə yardımı etməyəcəyini, hərbi yardım göstərməyəcəyini kim bilir? Bunların fonunda müxtəlif fikirlər deyilə bilər, amma bu fikirlərin həqiqətə nə qədər uyğun olmasını söyləmək bir qədər çətindir.
Həm də Türkiyə Rusiyanın köməyinə ehtiyacı olan bir dövlət də deyil. Türkiyə bu mübarizəni özü tək də bacaracaq. Amma hər hansı bir hərbi, maddi, maliyyə yardımı olmasının açıqlanmaması bir dövlət sirri də ola bilər, siyasət xatirinə bəzi məsələlər gizlədilə bilər. Hadisələr baş verir, 20-30 ildən sonra məsələlər açılır ki, həqiqətən də bunlar bir yerdə olublar”.
Qeyd edək ki, Frans Klintseviç bu fikirləri səsləndirmişdi: 
 “Aydındır ki, “İŞİD” üzərində qələbə quru əməliyyatları aparılmadan mümkün deyil. Ancaq problem ondadır ki, ABŞ-ın və NATO üzvü olan digər ölkələrin xüsusi xidmət orqanları Suriya müxalifətinə, daha doğrusu, terrorçulara kömək edir. Buna görə də mən Rusiyanın Suriyada quru əməliyyat üçün qoşun göndərəcəyini düşünmürəm”.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

İlham Əliyev Cahangir Hacıyevlə ƏIi Abbasovun adını siyahıdan çıxardı

%d bloqqer bunu bəyənir: