Loading...
Loading...

Türkiyə Rusiya ilə dostluqdan 10 milyard dollar qazanacaq

Yaxın iki ildə Türkiyə Rusiya ilə əlaqələrin bərpasına görə 10 milyard dollar əldə edəcək.

 

24saat.org xarici mediaya istinadən xəbər verir ki, bunu “Ata İnvest” investisiya şirkəti hesablayıb.

“Biz hesab edirik ki, iki ölkə arasında ikitərəfli ticarət-iqtisadi əlaqələr mövcud problemlərin həllindən sonra yaxşılaşacaq”, –  sənəddə qeyd edilir. Türkiyənin əlaqələrin tam bərpasından sonrakı gəliri ildə 4,5-5 milyard dollar qiymətləndirilir.

“Ata İnvest”in ekspertləri onu da qeyd edirlər ki, Türkiyə dünyanın ən təhlükəli regionlarından birində yerləşir və ölkənin faktiki olaraq sakit vaxtı olmur.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Prokuror azərbaycanlı futbolçunu öldürən erməniyə 13 il həbs istədi

Loading...
%d bloqqer bunu bəyənir: