Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
cumhurbaskani-basdanismani-topcu-tanri-dagi-nin-8833550_x_7190_o

Türkiyə prezidentinin müşaviri: “Həyasızcasına işğal davam edir”

“Bütün beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini söyləyir. Ancaq həyasızcasına işğal 20 ildir ki, davam edir”.

Bu sözləri Türkiyənin Yerli Düşüncə Dərnəyinin və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakıda “Türk Filmləri Həftəsi” ilə əlaqədar təşkil etdiyi tədbirdə Türkiyə prezidentinin müşaviri, sabiq mədəniyyət naziri Yalçın Topçu bildirib.

Y.Topçu deyib ki, Xocalı soyqırımı dünyanın gözləri qarşısında törədilib: “Bu münaqişə olmasa, Azərbaycan Asiyanın və bölgəsinin rifahının açarı olacaqdı. Qarabağ münaqişəsi ilə Azərbaycanın qarşısını almağa çalışırlar. Asiyanın rifahı Azərbaycanın ayağa qalxması ilə bağlıdır, Türkiyənin ayağa qaxması Balkanların, Orta Şərqin, Afrikanın ayağa qalxması deməkdir. Türkiyə ayaq üstdə olarkən kimlərsə bölgədə rejimləri dəyişdirə bilməz. 15 iyulda bütün cəhdlər Türkiyəni diz çökdürməyə hesablanmışdı. 15 iyulda istiqlalımıza və istiqbalımıza sahib çıxdıq, mədəniyyət coğrafiyamıza, məzlum millətlərə ümid olduq”.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Rusiyadan Ərdoğanın “Şanxay” qərarına – Reaksiya

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: