Loading...
Loading...

Türkiyə prezidenti “Axel Springer” konserninin rəhbərini məhkəməyə verib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Axel Springer” media konserninin rəhbəri Matias Depfneri məhkəməyə verib. “Report”un məlumatına görə, bu barədə Türkiyə liderinin vəkili Ralf Xekker xəbər verib.

Məlumata görə, buna səbəb şirkət rəhbərinin televiziya aparıcısı Yan Bemermana Ərdoğanı təhqir etməsinə görə dəstək verməsidir.

Depfner satirikə açıq məktubunda onun efir zamanı səsləndiordiyi şeirini “müvəffəqiyyətli” hesab etdiyini bildirib və təhqiramiz şeiri dinləyərkən güldüyünü deyib. Konsernin idarə heyətinin sədri qeyd edib, ki, o, təhqiramiz şeirdəki qısa fikirlərə və təhqirlərə qoşulur.
Xatırladaq ki, Yan Bemerman martın 31-də “Neo Magazin Royale” verilişində Türkiyə dövlət başçısının ünvanına təhqiramiz şeir oxuyub. Bu, rəsmi Ankaranın AFR-ın Xarici İşlər Nazirliyinə şifahi nota verməsi ilə nəticələnib.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Qəddafinin generalları peyda oldu: müharibə başlayır

%d bloqqer bunu bəyənir: