Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Türkiyə ordusu və kürdlər Suriyada barışığa gəldi – SON DƏQİQƏ

Türkiyə və kürd silahlı qüvvələri Suriyada müvəqqəti atəşkəslə bağlı razılığa gəliblər.

Virtualaz.org bildirir ki, bu barədə “Frans-Press”ə Pentaqon sözçüsü məlumat verib.

“Son bir neçə saat ərzində biz bütün tərəflərin ən azı bir neçə gün bir-birinə atəş açmamaq və bütün qüvvələri İŞİD-lə mübarizəyə səfərbər etmək barədə razılığa gəldikləri barədə təsdiqlənmiş məlumat aldıq.

Bu müvəqqəti, ən azı bir neçə günü əhatə edəcək razılaşmadır. Amma biz çox istərdik ki, o daimi olsun”, – deyə ABŞ hərbi nümayəndəsi bildirib.

Xatırladaq ki, ABŞ rəsmiləri daha əvvəl Türkiyənin Suriyadakı kürd silahlılarına zərbə endirməsini pisləyir və əsas diqqəti İŞİD-ə qarşı cəmləşdirməyə çağırırdı.

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Ən yaxın dostu gənc aktrisanı zorladı: “Başımı sükanın altına salıb…”

%d bloqqer bunu bəyənir: