Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
turkiye

Türkiyə ordusu bir gündə 5 əsgərini itirdi

Türkiyədə beş əsgər və bir kənd qoruyucusu şəhid olub.

Səhər saatlarında Bingöl rayonunun Kiğı qəsəbəsində partlayıcı qurğu hərbi maşın keçərkən partladılıb, bir əsgər şəhid olub.

Siirtin Kurtalan qəsəbəsində əsgərlərin növbədə olduğu posta ildırım düşməsi nəticəsində bir əsgər həyatını itirib, bir əsgər isə yaralanıb.

Üçüncü qara xəbər Hakkari rayonunun Çukurça qəsəbəsindən gəlib. Güven dağı bölgəsində PKK terrorçularının qumbaraatanlardan açdığı atəş nəticəsində bir əsgər şəhid olub, həmin bölgədə minaya düşən əsgər ağır yaralanıb. Döyüşdə beş terrorçu zərərsizləşdirilib. Diyarbəkir rayonunun Hani qəsəbəsində isə PKK terrorçularının quraşdırdığı partlayıcı qurğunun işə düşməsi nəticəsində iki əsgər şəhid olub, daha ikisi yaralanıb.

Ən son Batman rayonunda Mava dağı bölgəsində PKK terrorçuları ilə atışma zamanı əsgərlərlə birlikdə döyüşən kənd qoruyucularından biri həyatını itirib.

APA

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Putin: “ABŞ Suriyaya dair razılaşmanı özü pozub”

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: