Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Türkiyə növbədənkar seçkilərə gedəcəkmi? – Baş nazir danışdı

Türkiyənin baş nazir Binalı Yıldırım “Bloomberg News” Televiziya və Xəbər Agentliyinə verdiyi müsahibədə gündəmlə bağlı bəyanatlar verib.

 

Moderator.az xəbər verir ki, baş nazir müsahibəsində Türkiyədə növbədənkənar seçki keçiriləcəyi ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib.

B.Yıldırım növbədənkənar seçki keçirilməyəcəyini bildirib:

“Vurğulayıram və dəqiq olaraq ifadə edirəm ki, bu məsələdə də ağılları qarışdırmağa çalışanlar var. AKP bu zərbədən güclü çıxdı, bir basqından sonra seçki keçirməkə falan bizim ağlımızda, təsəvvürümüzdə yoxdur. Bu etik qaydalara da sığmır. Biz dörd illiyinə millətdən mandat almışıq və o səlahiyyətdən sonuna qədər istifadə edəcəyik. Amma o səlahiyyəti əlimizdən almağa qalxanların da təpəsinə ağır çəkic kimi dəyərik. Bundan sonra da belə ağlından, fikrindən keçirənlər varsa, ayaqlarını dənk alsınlar. Seçki yoxdur, geçim (dolanışıq” var. Vətəndaşın geçimə ehtiyacı var, işə- gücə ehtiyacı var. Xalq seçki yorğunu oldu, dayanmadan seçki. Keçən il üç seçki keçirdik. Bir daha seçki ilə itirəcək vaxtımız yoxdur. Onun üçün bizimçün seçki demək iqtisadi fəaliyyətin ləngiməsi deməkdir, seçki demək işlərin yarıda qalması deməkdir, seçki demək gələcək planların təxirə salınması deməkdir. Bu səbəbdən də seçkiyə ehtiyac olmadığı halda, seçkini gündəmə gətirmək ölkəni sevmək demək deyil. Onun üçün belə bir proqramımız yoxdur”.

Baş nazir daha sonra konstitusiyanın dəyişdirilməsi və  prezident üsuli-idarəsinə keçilməsi ilə bağlı məsələyə də münasibət bildirib:

“Türkiyədə yeni konstitusiyaya keçilməsi bütün partiyaların son 15 ildir ki, istədiyi bir məsələdir. Prezidentlik üsuli-idarəsi də onsuz da yeni konstitusiya daxilində həll edilməli olan bir məqamdır. Bizim indi prezidentlik üsuli-idarəsini və ya yeni konstitusiyanı təkbaşına, AKP olaraq qəbul etmək kimi  şansımız yoxdur. Onun üçün razılaşmamız lazımdır. Parlamentdə ən az 330 lehinə səs almağımız lazımdır ki, yeni konstitusiya və prezidentlik təklifimiz referenduma getsin. Hazırda bizim bunu təkbaşına etmək şansımız yoxdur. O üzdən partiyalara da müraciət edirik, deyirik ki, gəlin, hamımız bir olaq, 79 milyonluq xalqın ehtiyacını qarşılayacaq, hər kəsin “bu konstitusiyanın içində mən də varam”, “bu konstitusiya məni də əhatə edir” deyə biləcəyi bir dəyişikliyi edək və bunu xalqımızın təsdiqinə verək. Bizim mövqeyimiz budur. Dünən də belə idi, bu gün də belədir.

Prezidentlik üsuli-idarəsi nə üçün lazımdır? Sabitlik üçün, etimad üçün. Prezidentlik üsuli-idarəsində məhz bu və buna bənzər çevrilişlərə cəhd edənlər ola bilməz. Çünki mütləq siyasi iradə hakimiyyəti vardır. Ancaq zəif hakimiyyətlərdə bu üsyançıların həvəsi artar.  AKP hakimiyyətində buna bənzər cəhdlər çox olub və hər dəfə bunu zərərsizləşdirməyi bilmişik. Necə bacarmışıq? Çünki millət arxamızda dayanıb. Əgər xalqınız arxanızda dayanmasa, nə qədər güclü olsanız olun, heç bir faydası olmaz, yox olub gedərsiniz. Xalq rəğmən iqtidar olmaq olmaz. Xalq iradəsinə rəğmən hakimiyyətdə olmaq olmaz. Onun üçün biz bu məsələlərdə digər siyasi rəqiblərimizlə görüşməyə hər zaman hazırıq. Görəcəyimiz bir dəyişiklik cəmiyyətin yüzdə yüzün olmasa belə, böyük bir hissəsini, əksəriyyətini əhatə etməlidir, onların qəbul edə biləcəyi bir forma olmalıdır”.

Baş nazir B.Yıldırım daha sonra çıxışında bunları vurğulayıb:

“Biz bu planlarımızdan imtina etməmişik. Çevrilişə cəhd oldu deyə hər şeydən imtina edəcəyik, kənara çəkəcəyik deyə bir məsələ yoxdur. Bunu heç kim bizdən gözləməsin. Millətimizin tələbini, istəyini ödəmək üçün hər cür işi görəcəyik. Bizə bir fədakarlıq düşürsə, bu fədakarlığı da edirik. Amma yetər ki, problemlər həll olunsun, ortada qalmasın. Problemlərin həlli üçün danışaraq addımlar ataq. Çünki zamanın da mahiyyəti var, zaman bəzən puldan daha qiymətlidir. İtirdiyimiz pulu geri qaytara bilərik, amma zamanı qaytarmaq imkanı yoxdur. Onun üçün də biz islahat işlərinə heç bir şəkildə ləngimədən, sürəti azaltmadan davam edəcəyik”.

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

Erdoğan-ın əks çevrilişi Suriya üsyançılarını zəiflədir

%d bloqqer bunu bəyənir: