Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Türkiyə neft-qaz boru kəmərlərini təxribatdan qorumaq üçün sistem yaratdı

Türkiyəli mühəndislər ölkənin neft və qaz boru kəmərlərini təxribatdan qoruyacaq “Midas” sistemini işləyib hazırlayıblar.

24saat.org report-a istinadən bildirir ki, bu sistem fiber optik sensor vasitəsilə kəmərlərin üzərindəki ən kiçik fəallığı, o cümlədən 50 km-lik məsafədə yerləşən ərazidə avtomobil və insanların hərəkətini belə qeydə alır.

Bu sisteminin köməyi ilə Türkiyə üçün böyük əhəmiyyət kəsb edən BOTAŞ şirkətinin neft və qaz boru kəmərlərinin müdafiəsini təmin etmək nəzərdə tutulub.

Qeyd edək ki, “Midas” sistemi Bilkent Universiteti yanında NANOTAM nanotexnoloji araşdırma mərkəzi və Ankara Yaxın Şərq Texniki Universiteti ilə əməkdaşlıq sayəsində daxili resurslar hesabına hazırlanıb.

ASELSAN mühəndislərinin bu işini Türkiyə Müdafiə Sənayesi üzrə Katiblik və BOTAŞ şirkətinin rəhbərliyi qəbul edib.

24saat.org
Loading...

“Ölkə başçısı Tarif Şurasının qərarını dayandıra bilər”

Sonrakı Yazı »

Vahid Avropa Ordusu yaradıla bilər – “Türkiyəyə güvənmək yolverilməzdir”

%d bloqqer bunu bəyənir: