Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
omer-celik

Türkiyə naziri: “Avropa demokratiyanı bizdən öyrənməlidir”

Türkiyə Avropa Parlamentinin (AP) qərarını ciddi hesab etmir.

Trend xəbər verir ki, bu barədə Aİ ilə işlər üzrə nazir Ömər Çelik AP-nin Türkiyənin Avropa İttifaqına (Aİ) daxil olması üzrə danışıqların dondurulması haqqında qərarına münasibət bildirərkən deyib.

Nazir bildirib: “Bu qətnamə tövsiyə xarakteri daşıyır və hüquqi gücə malik deyil”.

Ö.Çelikin sözlərinə görə, qərarın qəbulu Türkiyəyə qarşı ikili standartlardan qaynaqlanır: “Türkiyə ilə Aİ münasibətlərində böhran yoxdur, Birliyin öz daxilində dəyərlərin böhranı mövcuddur. Avropa demokratiyanı bizdən öyrənməlidir.”

Qeyd edək ki, AP-nin Türkiyə ilə Aİ arasında 3 oktyabr 2005-ci ildən başlayan üzvlük müzakirələrinin müvəqqəti olaraq dondurulması haqqında qərarına 37 parlamentari əleyhinə, 479-su lehinə səs verib. 107 parlamentari isə bitərəf qalıb.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Dünyanın ən iyrənc yeməyi

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: