Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Türkiyə NATO-nun nizamnaməsini pozmayıb…”

Türkiyənin NATO-dan çıxarıla biləcəyi haqda fikirlər dolaşır. Səbəb olaraq da ölkədə ordunun mövqeyinin zəiflədilməsi göstərilir. 

 

Görəsən, bu nə dərəcə real görünür, Türkiyə bu səbəbə görə NATO-dan çıxarıla bilərmi? 
Moderator.az-ın bu sualını politoloq Qabil Hüseynli cavablandırıb.
Q.Hüseynli bildirib ki, Türkiyə üçün xoşagəlməz bir vəziyyət yaranıb: “Açığını deyim ki, əgər bunu Amerika deyirsə, mümkünlük dərəcəsinə yaxın bir iddiadır. Əslində, Türkiyə NATO-nun nizamnaməsini pozmayıb, elə bir hərəkət etməyib. Əksinə olaraq bir çox hallarda özünün hərbi bazaları və digər hərəkətləri ilə NATO-nun fəaliyyəti üçün geniş şərait yaradıb.
İndi son günlərdə baş verən hadisələr, xüsusilə ölüm hökmünün bərpasının gündəmə gəlməsi və bu kimi başqa məsələlər Türkiyə ilə NATO arasında münasibətləri gərginləşdirir. Çünki NATO hərbi-siyasi təşkilatdır, o təşkilata üzv olan ölkədə ölüm hökmü olmamalıdır.
Münasibətləri qaydaya salmaq üçün Türkiyə mütləq Amerika ilə danışmalıdır. Buna görə də ABŞ-a öz xarici işlər nazirini göndərir. Baxaq, görək Çavuşoğlu ABŞ-a səfəri zamanı bu məsələləri həll edə biləcəkmi. Yoxsa, Fətullah Gülən məsələsindən başqa məsələləri qaldırmayacaq”.

 

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Jirinovski SSRİ-i yaratmağa çağırdı, Azərbaycanı da ora qatdı

%d bloqqer bunu bəyənir: