Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Türkiyə mollalara necə təslim oldu?

Gəzi üsyançıları qiyam gecəsi niyə çıxmadı?

 

…Türkiyənin müasir tarixində Gəzi parkı üsyanı ilə FƏTÖ (Fətullah Terror Örcütü) qiyamı arasındakı ən kəskin fərq müqavimətçilərin kimliyindədir. Gəzidə iştirakçılar sekulyarlar idisə, xunta gecəsi tankların qabağına çıxanlar saqqallılarıydı.

Birində xalq vardı, digərində təriqətçilər. Birincidə solçular, liberallar, ikincidə islamçılar. Gəzidəki etirazçılar nə 15 iyulda, nə İstanbuldakı son mitinqdə gözə dəydilər.

 

Hökumətini dəstək üçün dini istifadə etməyə ehtiyac duyanlar zəif idarəçilərdir.

Atatürk

trabzon4

O qanlı gecə islamçılarla ordunun (əgər deyilənlərə insansaq ki, ordunu qaldıran nurçulardı, onlar da islamçıdır) yaxud elə islamçılarla islamçıların qarşıdurması yaşanmışdı.

Türkiyədəki hadisələrə təkcə hərbi çevrilişə cəhd yox, təriqətlərin qırğını da adını qoymaq olar. Ərbəkanın Güləni və elə həmin Ərbakanın Ərdoğanı siniflərə bölünərək siyasi ambisiyalarına görə ölkədə məzhəb savaşı başlatmışdı. Bu dəfə ordunun iştirakı ilə…

Sanki hakimiyyət uğrunda Qureyşilərin iki qolu – Haşimilər və Əməvilər savaşırdı. Sadəcə, şiələrdən fərqli olaraq əhli-sünnə olan nurçu və ərdoğançıların toqquşmasında imam Hüseyn axtarmaq absurddur.

trabzon2

Çünki Türkiyəni bəlaya salan hər iki tərəf anti-xalq hakimiyyətidir. Elə buna görə sekulyar təbəqə 15 iyul gecəsinə qarışmadı. Nə ordunun çiyinlərində gələcək Gülən hərəkatı, nə də Ədalət və İşıq (Kalkınma) Partiyası (AKP)Atatürkün ölkəsini işıqlı yola çıxara biləcək(di).

AKP liderinin avtoritar idarəçiliyi də, “Hizmət” hərəkatı rəhbərinin Türkiyə İslam Cümhuriyyəti qurmaq arzusu da ölkəni ağır dilemma qarşısında qoyub: nə etməli?

Sual ritorikdir və indiki situasiyada Türkiyənin nicatı sekulyar təbəqənin fəallığından, idarəçilikdə iştirakından, mollaların təsirini azaltmaqdan keçir.

***

 

Xalqım demokratiya prinsiplərini  və elmin təlimlərini öyrənəcək.

Batil inanclardan vazgeçilməlidir.

İstəyən istədiyi kimi ibadət edə bilər.

Atatürk

trabzon11

….Türkiyənin “demokratiya gözətçiliyi” mitinqlərində nə CHP, nə MHP, nə HDP üzvləri var. Ölkənin dörd bir yanında keçirilən nümayişlərdə birmənalı şəkildə AKP tərəfdarları, islamçı təbəqə iştirak edir.

Bu, demokratiya qarovulçuluğu, dövlətçiliyi deyil, AKP-ni qorumaq aksiyalarıdır. Əks halda Diyarbakır, Hakkaridə HDP, Ərzurum, Konya və s. şəhərlərdə MHP, İzmir, Ankara və digər mərkəzi şəhərlərdə CHP “demokrasi nöbeti” mitinqləri təşkil etməliydi – məqsəd Türkiyə naminədirsə…

Hətta Ərdoğanla siyasi rəqabəti də kənara qoyaraq ölkənin xuntadan mühafizəsi üçün Türkiyə parlamentində təmsil olunan bütün partiyalar etirazlara başlamalıydı – Gülənə qarşı. Başlamadılar!.. Olmadı!..

Trabzonda 3 günlük gəzinti ölkənin siyasi mənzərəsini açıq çizdi. Hər axşam başlanan demokratiya növbəsi nümayişlərində yalnız AKP üzvlərini görmək olardı. Bu, xalqın deyil, partiyanın mitinqidir. Partiya isə dini inanc çətiri altında on minləri ətrafına toplaya bilir.

Sekulyar kontingent isə islamçıları baş-başa buraxıb. Türkiyənin gündəlik həyatı da artıq islamlaşır. İnsanların geyimində, məişət həyatında, hər addımında – detallarına çılpaq şəkildə varmadan demək olar ki, Türkiyə İslam Cümhuriyyətinə doğru irəliləyir. Və ya irəliləyib…

Bu isə Atatürkün qurmaq istəmədiyi Türkiyədir…

Emil Salamoğlu

Xüsusi olaraq 24saat.org üçün

 

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Supermarketlərin bonus fırıldağı

%d bloqqer bunu bəyənir: