Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Türkiyə – İspaniya matçının hakimləri açıqlandı

“Avro-2016″nın D qrupu çərçivəsində keçiriləcək İspaniya – Türkiyə matçının hakimləri açıqlanıb. ANS PRESS-in məlumatına görə, sözügedən qarşılaşmanı Serbiyadan olan Molorad Maziç idarə edəcək.

Ona bu işdə yan xətt hakimləri kimi Milovan Ristiç, Dalibor Corcyeviç kömək edəcək. Əlavə köməkçi hakimlər isə Danilo Qrujiç, Nenad Cokiçdir. Dördüncü hakim funksiyasını isə Belarusdan olan Aleksey Kulbakov yerinə yetirəcək.

Türkiyə millisi

İspaniya – Türkiyə oyunu iyunun 17-də Bakı vaxtı ilə 23:00-da start götürəcək. D qrupunda qərarlaşan Türkiyə millisi Xorvatiya, Çexiya və İspaniya yığmaları ilə mübarizə aparacaq. Türkiyənin turnirdə ilk oyununda Xorvatiya millisinə minimal hesabla uduzub. Xorvatların yeganə qoluna Luka Modriç imza atıb. Fransada keçirilən Avropa çempionatı iyun ayının 10-dan iyulun 10-dək davam edəcək.

24saat.org
Loading...

“Ölkə başçısı Tarif Şurasının qərarını dayandıra bilər”

Sonrakı Yazı »

​Braziliya milli komandasının baş məşqçisi istefaya göndərilib

%d bloqqer bunu bəyənir: