Loading...
Loading...

“Türkiyə ilə Rusiya NATO-ya qarşı hərbi birlik yarada bilməz”

Almaniyanın xarici işlər naziri və ATƏT-in hazırki sədri Frank-Valter Ştaynmayer bu gün Sankt-Peterburqda baş tutacaq Vladimir Putin-Rəcəb Tayyip Ərdoğan görüşünü şərh edib.

24saat.org  xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı diplomat Ankara ilə Moskvanın hərbi ittifaq yaratmaq ehtimalının olmadığını deyib.

 

“Ötən il Türkiyə qırıcısının Rusiyaya məxsus bombarbumançı təyyarəni vurmasından sonra yeni yaxınlaşmanın müşahidə olunması sevindiricidir. Lakin buna baxmayaraq, düşünürəm ki, Rusiya ilə Türkiyə arasında yaxınlıq onların NATO-ya alternativ hərbi ttifaq yaratmasına imkan verməz. Türkiyə NATO-nun önəmli partnyorudur və bu statusda qalmalıdır. Bu ölkələr hərbi birlik yarada bilməz”.

 

Türkiyə ilə Rusiya arasında gərginlik 2015-ci ilin noybarında Türkiyə qırıcısının Rusiyaya məxsus təyyarəni vurmasından sonra başlanmışdı. Bu ilin iyun ayında Putinə məktub yollayan Ərdoğan hadisə ilə bağlı öz təəssüfünü ifadə etdikdən sonra iki ölkə arasında münasibətlər yaxşılamşamağa başlayıb.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Buş administrasiyası Klintonu dəstəkləyəcək

%d bloqqer bunu bəyənir: