Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Türkiyə ilə Rusiya dollardan imtina etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyadan qayıdışı zamanı təyyarədə jurnalistlərə müsahibə verib.

24saat.org “Marja”ya istinadən xəbər verir ki, prezidentə verilən suallardan biri də iki ölkə arasında ticarətdə dollar əvəzinə, türk lirəsi ilə rubldan istifadə edilməsinə dair olub.
“Əlbəttə, müsbət təsiri olacaq. Məlumdur, sadəcə, səyahətə görə dollar 3 lirə səviyyəsindən aşağı düşdü. Alış-verişləri rubl və TL ilə aparsaq, daha da faydalı olar. Belə bir vəziyyətdə, məsələn, dollar daha da düşər. Valyuta repressiyasından, məzənnə təzyiqindən xilas olmuş olarıq. Həm Rusiya qazanacaq, həm biz qazanacağıq. Onun üçün bu çox mühümdür. Həqiqətən gecikdirdik, həll etməyimiz lazımdır”, – deyə R.T.Ərdoğan bildirib.
Qeyd edək ki, ticarətdə türk lirəsi və rubldan istifadə edilməsi təklifi ilə Rusiya prezidenti Vladimir Putin çıxış edib.

24saat.org
Loading...

“Ölkə başçısı Tarif Şurasının qərarını dayandıra bilər”

Sonrakı Yazı »

Dolların məzənnəsi 1,61 manatı ötdü

%d bloqqer bunu bəyənir: