Loading...
Loading...

Türkiyə ilə ABŞ arasında “PKK gerbi” qalmaqalı böyüyür – Ankara “od püskürdü”

Türkiyə  xarici işlər naziri Mövlud Çavuşoğlu, ABŞ əsgərlərinin  PKK-nın  Suriya qolu  YPG-nin gerbini  taxmasına sərt reaksiya verib. 

 
Avropa.info xəbər verir ki, Çavuşoğlu  ABŞ əsgərlərinin PKK-nın qolu olan YPG-nin gerbindən istifadə etməsi olayından sonra, Birləşmiş Ştatların terrorla mübarizə açıqlamalarına şübhə ilə yanaşdıqlarını deyib.
“Terrorla mübarizədə çox iddialı olan bir ölkənin  əsgərlərinin bir terror təşkilatının gerbindən istifadə etməsi qəbul edilə bilməz. Onlara tövsiyyəmiz budur ki, Suriyanın digər bölgələrinə getdikdə İŞİD-in də gerbindən istifadə etsinlər” deyə Çavuşoğlu qeyd edib.
Suriyada İŞİD-ə qarşı koalisiyanın  ABŞ-lı komandiri   Stiv Uorren isə ölkəsinin əsgərlərinin YPG gerbi daşımalarının doğru olmadığını deyib.
“Əsgərlərimizin  YPG gerblərini daşımaları səlahiyyətləri  yoxdur və bu uyğunsizdur . Bu səhvi düzəltmək üçün lazımlı addımlar atıldı” deyə amerikalı komandir bildirib.
Axşam  saatlarında isə ABŞ xarici işlər nazirliyinin sözçüsü Mark  Toner  Türkiyəni qızdıracaq bir bəyanata imza atıb. Toner terror təşkilatı YPG-nin ABŞ-ın müttəfiqi olduğunu bir daha təkrarlamaqla, dolayısı ilə gerb məsələsinə də haqq qazandırıb.
“PKK-nın YPG ilə bəzi bağları olduğunu göz ardı edə bilmərik və heç bir əlaqə yoxdur deyə bilmərik. Amma  YPG PKK-dan fərqli bir təşkilatdır. YPG daha pncə də söylədiyimiz kimi, Suriyada İŞİD-ə qarşı vuruşur. Türkiyənin narahatlığını anlayırıq lakin,  YPG-nin Suriyanın şimalında  İŞİD-ə qarşı təsirli bir güc olduğunu düşünürük, onlara  operativ şəkildə  dəstək  verməyə davam edəcəyik” deyə Toner qeyd edib.
Siyasi müşahidəçilər isə ABŞ-ın  Suriyadakı digər qüvvələrə faktiki  dəstəyini kəsərək, PKK-nın qolunu dəstəkləməsini Birləşmiş Ştatların Türkiyə sərhədində idarəolunmaz bir  “kürd dövləti” qurma planının tərkib hissəsi hesab edirlər.
24saat.org
85452

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Respublikamızın 98 yaşı oldu

%d bloqqer bunu bəyənir: