Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Türkiyə hotelləri “hər şey daxildir” sistemindən imtina edir

Ekspert hotel sahiblərini daha imkanlı turistlərə üstünlük verməyə çağırıb.

Türkiyə Turizm Agentlikləri Assosiasiyasının (TURSAB) rəhbəri Başaran Ulusoy hotellərə “hər şey daxildir” sistemindən imtina etməyi məsləhət görüb.

Oxu.az-ın Anadolu agentliyinə istinadən məlumatına görə, Ulusoy bildirib ki, bu sistem əsasən ailəvi istirahət edənlər üçün nəzərdə tutulub.

O qeyd edib ki, xərclərinin daima artmasına baxmayaraq, “hər şey daxildir” sistemi ilə işləyən hotellər qiymətləri qaldıra bilməzlər. Ekspert “hər şey daxildir” sisteminin Türkiyə turizm sahəsinə böyük zərər vurduğunu əlavə edib.

TURSAB-ın başçısnının fikrincə, ölkədə bu sistem ilə işləyən hotellərin sayını tədricən azaltmaq lazımdır. B.Ulusoy hotel sahiblərini daha imkanlı turistlərə üstünlük verməyə çağırıb.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Qafqazlılar rus polisi ilə belə mübahisə etdi – Video

%d bloqqer bunu bəyənir: