Loading...
Loading...

Türkiyə:” Facebook “da kimlər nələr yazdı? – Rəy

Türkiyədəki hərbi çevriliş azərbaycanlı Facebook  istifadəçilərinin günləridir ki, baş mövzusudur. Sosial şəbəkədə olanların əksəriyyəti qardaş ölkədəki hadisələrlə bağlı fikirlərini yazırlar.
Nəticədə iki qütb – xuntaya və Ərdoğana haqq qazandıranların qızğın dartışması müşahidə olunur. 24saat.org “Facebook”da ən müxtəlif və maraqlı mövqe sərgiləyənlərdən bəzilərinin paylaşdığı statusları təqdim edir:

Deputat Adil Əliyev: “Hər iki tərəf günahkardır. Ancaq bundan sonra Türkiyədə hərbi qiyam daha baş verməyəcək”.
“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu: Əgər Türkiyə hüquqi dövlətdirsə hanı bunun məhkəməsi, hanı bunun hərbi tribunalı?! Dövlət qanunlarına qarşı çıxanlar, qiyam edənlər qanunla cəzalanmalıdırlar”.
Şair Aqşin Yenisey: “Ərdoğanla müasir Türkiyəni bir-birindən ayırıb birini tənqid, o birini təqdir etmək doğru deyil. Çünki Ərdoğan nə çeviriliş, nə də saxta seçki ilə seçilib, o, müasir Türkiyənin azad iradəsinin ifadəsidir”.
Köşə yazarı Xaliq Bahadır: “Azərbaycan müxalifətinin tanınmış liderləri! Onlar hələ də Ərdoğanı tanımır, onun strategiyasını anlamırlar. Onlar anlamırlar: Ərdoğan Türkiyəni planlı olaraq bu yerə gətirib çıxarıb”.
“Ağ” partiyanın sədri Tural Abbaslı: “Əslində Türkiyədəki uğursuz hərbi çevriliş cəhdi həm də Azərbaycandakı yalançı “demokratların” iç üzlərini açdı.Özünə demokrat deyən kimsə xalqın azad iradəsiylə formalaşmış legitim hakimiyyətin hərbi çevrilişlə devrilməsinə dəstək verə bilməz. Bundan məntiqsiz hərəkət yoxdur.Siyasi riyakarlığın bu qədəri çox iyrənc görünür”.
Musavat.com-un redaktoru Xalid Kazımlı: “Əsl darbəni yeniçərilər Gənc Osmana qarşı eləmişdilər… Türkiyə tarixi belə qiyamlarla doludur. Sultan Süleymanın əcdadlarına və xələflərinə qarşı da qiyamlar edilib.
Türk əsgəri həmişə sadiq, amma üsyankar olub, görəndə ki,işlər düz getmir, silahına sarılıb. Ona görə də onlara “vatan hainləri” damğası vurulmasının yeri yoxdur. O əsgər PKK-nın qabağında şir kimi dayanmasa, indi Anadlunun, eləcə də İstanbulun yarısı PKK-nın əlindəydi”
Millət vəkili Fazil Mustafa: “Darbə yatırıldı. Türkiyəmizə, Türk millətinə, Türk dünyasına xeyirli olsun! Günün ən axmaq tezisi isə, darbənin Ərdoğanın özü tərəfindən təşkil olunması barədədir. Bu qədər bəsit düşüncə ilə siyasət yorumu təqdim etməkdən usanmadılar, utanmadılar. Məclisi Ərdoğan bombalatdı, qaldığı oteli özü bombalatdı, ölkə iqtisadiyyatına özü bilərəkdən zərbə vurdu, öz iqtidarının orduya nəzarət etməyəcək qədər zəif olduğunu özü nümayiş etdirdi”
Şərqşünas-yazar Kənan Rövşənoğlu: “Türkiyə xalqı bir neçə dəfə hərbi çevrilişin ağrı-acısını yaşadığı üçün bütün təbəqələr ona qarşı oldu. Şükr Allaha ki, nəticə yaxşı müsbət oldu. Amma əsgərlərə qarşı o münasibət, cəzalandırma olmamalıydı. Qəzəbli kütləni qorumaq lazım idi. Bu bir qədər də ordunun imicini zədələyirdi”.
Facebook fəalı Rəşad Museyibzadə “İsa Qəmbər, Əli Kərimli, Cəmil Həsənlini qınamıram. Türkiyədə bu gün olanları bu adamlar 1993-də etmişdilər. Saxta hərbi çevriliş, qurtarıcı çağırmaq, qurtarıc gəlir, dövlət xilas olur. Bu gün Ərdoğanı dəstəkləməklə bir növ 1993-ə özlərinə haqq qazandırırlar.
Məsələ hərbi çevriliş deyil, məsələ eyni ssenari üzrə oynanılan oyundur”.
Facebook fəalı Taleh Məmmədov: “Nə çatmadı dünən? Lider! Sissi kimi lider. Qorxmaz, cəsarətli lider. Yoxsa xanədan dağılmışdı. Guya Misirdə ordunun üstünə camaat yerimədi? Yeridi. Sissi neylədi? Qırdı. Bəli. Çox sadə, qırdı.
Qırılan qırıldı, qorxub qaçan qaçdı. Dünən nə oldu? Heç nə. 2 tankı saxlayıblar aeroportun girəcəyində durub baxırlar? Nəyə baxırsan? Əsgərsən, çıxmısan kazarmadan, vur! Vurmayacaqsansa nax çıxmısan ordan, get odboy elə də. İxvan son dövrlərdə Islamın parlayan günəşidir və onu saxlamağln tək yolu hərbi qiyamla qurulacaq xuntadır”.

24saat.org

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Sarkisyana qarşı silahlı qiyam -İrəvandakı qanlı olayın sirri

Loading...
%d bloqqer bunu bəyənir: