Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Türkiyə baş naziri: ”PKK bizə görüşmək istədiyini bildirib”

Türkiyənin baş naziri Binali Yıldıırm sədri olduğu Ədalət və İnfişaf Partiyasının (AKP) baş qərargahında iftar yeməyi zamanı millət vəkillərinə səslənib.

Musavat.com Türkiyə mediasına istinaədn xəbər verir ki, baş nazir çıxışında terror təşkilatından “görüşə bilərik, silahları buraxmaq olar, danışaq” kimi birbaşa və ya bilavasitə xəbərlərin gəldiyini bildirib.

Baş nazir Binali Yıldırım terror təşkilatının qollarından da bu ismarıclaırn onlara çatdırıldığını söyləyib.

“Danışacaq heç bir şey yoxdur” deyə söyləyən baş nazir əlavə edib: “Danışacaq tək şey bayrağımızdır. O bayrağın rəngi şəhidlərimizin qanı, hilalı (aypara-red.) müstəqilliyimizin simvolu, ulduzu şəhidlərimizin göy üzündə parlayan ulduzudur. Bunlarla bağlı danışcaqsaq, danışaq. Yoxsa məmləkəti, milləti terrorla, qorxu ilə sarsıdacağınızı düşünərsəniz, bacara bilməyəcəksiniz”.

Binali Yıldırımın PKK terror təşkilatına daxildə və xaricdə dəstək verən güclərin olduğunu, günü gəlincə türk millətinin həmin güclərdən hesab soracağını da söyləyib.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

PKK Türkiyə hökuməti ilə görüş istəyir

%d bloqqer bunu bəyənir: