Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Türkiyə Amaniyanın tanıdığı soyqırımı parlamentdə müzakirəyə çıxaracaq

Hakim Ədalət və İnkişaf Partiyasından (AKP) Türkiyə Böyük Millət Məclisinin deputatı Metin Külünk 1904-1097-ci illərdə Kayzer Almaniyasının Namibiyada törətdiyi kütləvi qırğınları soyqırımı kimi tanınması ilə bağlı qanun layihəsini parlamentin müzakirəsinə təqdim edib.

Virtualaz.org «Habertürk»ə istinadən xəbər verir ki, Namibiya soyqırımı 1904-1907-ci illərdə Kayzer Almaniyasının işğalçı qüvvələrinin Cənub-Qərbi Afrikanın bu ölkəsində herero (bantu) və nama (qottentotlar) qəbilələrinin əhalisinin 80 faizə qədərinin qətlə yetirilməsi aktıdır. Həmin qətliam xalq üsyanını yatırmaq üçün həyata keçirilib.

Türkiyənin bu addımı Almaniya Bundestaqının 1915-ci il hadisələrini «erməni soyqırımı» kimi tanımasına cavab kimi qiymətləndirilir. Lakin qeyd olunmalıdır ki, 2004-cü ildə Almaniya Namibiya soyqırımını rəsmən tanıdığını elan edib.

24saat.org
Loading...

“Ölkə başçısı Tarif Şurasının qərarını dayandıra bilər”

Sonrakı Yazı »

Peskov: ”Bu, Qazaxıstanın daxili işidir”

%d bloqqer bunu bəyənir: