Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Türkiyə-Almaniya münasibətləri gərginləşməyəcək”

“Bundestaqda “erməni soyqırımı”nın səsverməyə çıxarılıb qəbul edilməsi rəsmi Berlin və Ankara arasında münasibətləri gərginləşdirməyəcək”. ANS PRESS-in məlumatına görə, Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer bu fikirdədir.

Onun sözlərinə görə, Türkiyə və Almaniyanı siyasi əlaqələrdən başqa bir çox ümumi əlaqələr bağlayır.

“Bu, Almaniya Bundestaqının azad qərarıdır. Türkiyə gözlənilən reaksiyanı verdi və mən ümid edirəm ki, yaxın günlərdə və ya həftələrdə bizim münasibətlər düzələcək”, – deyə Ştaynmayer bildirib.

Hüseyin Avni Karslıoğlu - səfir

Qondarma soyqırımla bağlı qətnamənin qəbulundan sonra Türkiyə Almaniyadan səfirini geri çağırıb. Hüseyn Avni Karslıoğlunun geri çağırılması barədə məlumatı baş nazir açıqlayıb. Səfir məsləhətləşmələr üçün yerli saatla 14.45-də (Bakı vaxtı ilə 16:45) təyyarə ilə Berlindən İstanbula gəlib.

Binali Yıldırım erməni iddiaları ilə bağlı qətnamənin qəbulu ilə bağlı açıqlama da verib. “Bu, xəta idi. Türk millətinin keçmişi bəllidir. Bu millət keçmişi ilə qürur duyan bir millətdir. Keçmişimizdə üz qızardacaq, başımızı önə əyəcək heç bir hadisə yoxdur”.

Bu gün Almaniya Bundestaqı Türkiyənin etirazlarına baxmayaraq erməni “soyqırımı”nı səsverməyə çıxarıb. Almaniya Bundestaqı qondarma erməni “soyqırımı” ilə bağlı qətnaməni qəbul edib.

Qətnamə “101 il əvvəl Osmanlı imperiyasındakı erməni və digər xristian azlıqların soyqırımının anılması” adlanır. Səsverməyə Almaniya kansleri Angela Merkel qatılmayıb. Qətnamə bir əleyhinə, bir bitərəf səslə qəbul edilib.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Məhəmməd Əli xəstəxanaya yerləşdirilib

%d bloqqer bunu bəyənir: