Advertisements
24 saat

Türkiyəyə tezliklə viza güzəşti olmayacaq


Türkiyə Avropa Birliyinin 28 üzvüylə liberal viza rejimini Ukrayna, Gürcüstan və Kosovodan tez əldə etməyəcək. Bunu Azad Avropa/AzadlıqRadiosuna eksklüziv müsahibəsində AB-nin genişlənmə komissarı Johannes Hahn deyib. O, Türkiyənin Avropaya qaçqın axınını kəsməsinin əvəzində viza qaydalarının bu 3 ölkədən daha tez yüngülləşəcəyi barədə deyilənləri təkzib edib.

“Belə deyək, hamıya bərabər yanaşırıq”, Hahn deyib. “Yəni eyni metodologiyanı Ukrayna, Gürcüstan və Kosovoya tətbiq etmişik. Eyni şey Türkiyəyə də aiddir”, Hahn söyləyib.

O əlavə edib ki, viza qaydalarının liberallaşdırılması “tərəfdaş ölkələrin hansı sürətlə irəli getməsi və tələblərimizə əməl etməsindən” asılıdır.

Mayın 4-də Avropa Komissiyası Türkiyənin vizasız rejim kriteriyalarının çoxuna əməl etdiyini açıqlayacaq. Ancaq bütün tələblərin yerinə yetirilmədiyi də qeyd olunacaq.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: