Advertisements
24 saat

Türkiyənin yeni baş naziri Rusiya ilə barışıq istəyir


Türkiyənin yeni baş naziri Binəli Yıldırım ölkə parlamenti qarşısında hökümətin xarici siyəsət proqramını açıqlayıb.

Virtualaz.org bildirir ki, bu barədə Reuters məlumat yayıb.

Yıldırımın sözlərinə görə, rəsmi Ankara bundan sonra da Avropa İttifaqına üzv olmaq üçün səylərini davam etdirəcək, baxmayaraq ki, Avropa-Türkiyə əlaqələrinin inkişafından narazıdır.

Baş nazir bildirib ki, Türkiyə BMT-nin Kipr böhranı üzrə səylərini də dəstəkləyir.

Rusiya ilə münasibətlərə toxunan Yıldırım qeyd edib ki, rəsmi Ankara “Rusiya ilə əlaqələrin dialoq vasitəsi ilə normallaşmasına” töhfə verəcək.

Bundan əlavə, Yıldırım İranla “ticarət, energetika, nəqliyyat və turizm sahələrində” əməkdaşlığın möhləmləndirilməsinə söz verib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: