Now Reading:
“Türkiyənin rəsmi üzrünü qəbul etməyə hazıram”
Full Article 30 second read

“Türkiyənin rəsmi üzrünü qəbul etməyə hazıram”



24 Noyabr 2015 tarixində Rusiyaya məxsus Su-24 tipli döyüş təyyarəsini vurması nəticəsində həyatını itirmiş rus pilotu Oleq Peşkovun həyat yoldaşı Türkiyənin rəsmi üzrünü qəbul etməyə hazır olduğunu açıqlayıb.

Rus pilotun xanımı Yelena PeşkovaTürkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu ilə görüşməyə hazır olduğunu bildirib. Peşkova “Ailəmizin keçirdiyi çox ağır günlərə baxmayaraq Çavuşoğlu ilə keçiriləcək görüşdə iştirak etmək üçün Moskvaya gedəcəyik” deyib.

Qeyd edək ki, Mövlud Çavuşoğlu dünən Rossiya 24 televiziyasına verdiyi açıqlamada Peşkovadan rəsmi olaraq şəxsən üzr istəməyə hazır olduğunu açıqlamışdı.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: