Now Reading:
Türkiyənin gözü bu tədbirdə – Ərdoğan nə qərar verəcək?
Full Article 30 second read

Türkiyənin gözü bu tədbirdə – Ərdoğan nə qərar verəcək?

İstanbul və Ankarada dövlət çevrilişinə cəhddən sonra ilk dəfə bu gün Türkiyənin Milli Təhlükəsizlik Şurası bir araya gəlib.


Moderator.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, toplantı Türkiyə vaxtilə saat 13:12-də başlayıb. Hazırda davam edən iclasa ölkə başçısı Rəcəb Tayyib Ərdoğan sədrlik edir.
Konfransda fövqəladə tədbirlərin həyata keçirilməsi gözlənilir.
Bildirilir ki, Milli Təhlükəsizlik Şurasının toplantısından sonra prezident Nazirlər Kabinetinin iclasını keçirəcək.
Qeyd edək ki, bir neçə gün əvvəl Ərdoğan xalqla görüşündə çərşənbə gününə planlaşdırılan toplantıda xüsusi qərarların veriləcəyini qeyd etmişdi.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: