Now Reading:
Türkiyənin baş naziri də ABŞ-ın yeni prezidentinə zəng elədi
Full Article 40 second read

Türkiyənin baş naziri də ABŞ-ın yeni prezidentinə zəng elədi



Türkiyənin baş naziri Binəli Yıldırım ilə ABŞ-ın yeni prezidenti Donald Tramp arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, söhbət zamanı B.Yıldırım D.Trampı ABŞ-ın yeni prezidenti seçilməsi münasibətilə təbrik edib, seçkinin nəticələrinin ABŞ xalqı üçün xeyirli olmasını diləyib: “Bu gün qarşılıqlı hörmət, ortaq mənafe və dəyərlərə söykənən əlaqələrimiz güclü, dayanıqlı və həmişəkindən mühümdür. Qarşıdakı dövrdə əməkdaşlığımızı daha da inkişaf etdirmək üçün addımlarımızı atmaqda davam edəcəyik”.

B.Yıldırıma təşəkkür edən Donald Tramp Türkiyəyə xüsusi dəyər verdiyini, Türkiyə-ABŞ münasibətlərinin və dialoqunun qarşıdakı dövrdə daha da inkişaf etdirilməsinə üstünlük verdiyini bildirib.

Söhbət zamanı həmçinin regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: