Advertisements
24 saat

Türkiyəli partiya lideri azərbaycanlı şəhidin evini ziyarət edib


Mayın 26-də Türkiyə Böyük Birlik Partiyasının başqanı Mustafa Destici başda olmaqla bir qrup partiya və “Alpərən Ocaqları”nın təmsilçilərindən ibarət heyət Azərbaycana ziyarətə gəlib.

Dünən qonaqlar Qarabağı erməni işğalından azad etmək uğrunda aparılan hərbi əməliyyatlarda qəhrəmancasına şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanı, Xüsusi Təyinatlıların polkovnik-leytnantı Murad Mirzəyevin ailəsini də ziyarət edərək onunla fəxr etdiklərini bildirib başsağlığı veriblər.

Bu barədə məlumatı virtualaz.org saytına şəhid zabitin ailə üzvləri verib.

Xatırladaq ki, Murad Mirzəyev aprel ayının əvvəlində dörd günlük müharibə zamanı şəhid olub.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: