Türkiyəli məşhur aktrisa bu gün dəfn olunacaq


Türk kinosunun tanınmış aktrisalarından olan Oya Aydoğan bu gün torpağa tapşırılacaq. Qeyd edək ki, bir neçə gün bundan əvvəl boğazında qalan kartof qırığını çıxartmağa çalışarkən aorta damarı zədələnən O. Aydoğan təcili xəstəxanaya aparılaraq əməliyyat edilmişdi. 12 saat davam edən əməliyyatdan sonra aktrisa təxminən 94 saat reanimasiyada yatızdırılmışdı. Yaşaması üçün edilən bütün mücadilələrə baxmayaraq aktrisa ötən gün xəstəxanada dünyasını dəyişib.

Oya Aydoğanın arzusu ilə bu gün o, Ulus məzarlığında dəfn olunacaq.

Qeyd edək ki, Oya Aydoğan 1957-ci ildə Ərzincanda dünyaya gəlib. Dörd nəfərlik ailənin ən kiçiyi olan Oyanın uşaqlığı Beyoğlunda keçib. Notr Damda liseyi bitirən Oya Aydoğan kinoya 1972-ci illərdə çəkilən “Kabadayılar kralı” ilə başlayıb. 1975-ci ildə isə “Alev gün” adı ilə gözəllik yarışmasına qatılıb. Bir il sonra isə “Sinema artisti yarışması” nda birincilik qazanan aktrisa Haluk Ulusoy ilə nigah masasına əyləşir. Lakin Oya Aydoğan, 4 gün sonra gözlənilməz qərarla boşanır.

80-ci illərin əvvəllərindən səhnəyə çıxmağa başlayan Oya Aydoğan, İbrahim Tatlısəs, Fərdi Tayfur, Kamal Sunal, Orhan Gəncəbay kimi bir-birindən usta simalarla kamera qarşısına keçir. Bursalı kazinoçu Tamer Taylan ilə uzun müddət birlikdə yaşayan Oya Aydoğan, Latif Demirbağ ilə ikinci dəfə nigah masasında əyləşir. Cütlüyün bu evlilikdən Gurur adlı oğlu dünyaya gəlir.

Uzun müddət səhnədən ayrı düşən aktrisa 2011-ci ildə Oya Aydoğan “Bez bebek” serialı ilə səhnəyə geri dönür.

2015-ci ildə “Aşk nerede” adlı romantik komediya ilə sevərlərinin qarşısına çıxan aktrisa karyerasına 51 bədii film, 8 serial yazdırıb.

Musavat.com

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

İŞİD Atatürk mavzoleyini partladacaq – ŞOK PLAN

%d bloqqer bunu bəyənir: