Türkiyəli əsgərlər NATO-dan sığınacaq istədi

NATO-nun baş katibi Yens Stoltenberq bəzi türk əsgərlərinin Alynasdan siyasi sığınacaq istədiyini açıqlayıb.

Virtualaz.org-un Türkiyə KİV-nə istinadən məlumatına görə, baş katib hərbçilərin 15 iyul dövlət çevrilişindən sonra müraciət etdiklərini deyib.

Məsələ ilə bağlı detallı məlumat verməyən Stoltenberq sığınacaq statusunun verilməsi üçün araşdırma aparılacağını vurğulayıb.

“Bu problemin həlli NATO-ya üzv ölkələrin ixtiyarına buraxılıb”, – deyə NATO-nun baş katibi Brüsseldə jurnalistlərin suallarına cavab olaraq bildirib.

Stoltenberq onu da bildirib ki, NATO strukturlarında bir neçə türk zabiti dəyişdirilib.

Jurnalistdən Rauf Arifoğluna şok ittiham

Sonrakı Yazı »

Türkiyədə uşaqlara təcavüz edənlər həbsdən xilas ola biləcəklər – Yeni qanun

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: