Now Reading:
Türkiyədən Suriyaya artilleriya zərbəsi
Full Article 30 second read

Türkiyədən Suriyaya artilleriya zərbəsi



Türkiyə hava qüvvələri və artilleriyasının zərbələri nəticəsində mayın 28-də Suriyada «İslam Dövləti» qruplaşmasının onlarla yaraqlısı ölüb.

Bu barədə Türkiyə mətbuatı xəbər verir.

Məlumata görə, beynəlxalq koalisiyanın hava hücumu və Türkiyə ilə sərhəddən atılan artilleriya atəşi nəticəsində 104 İD yaraqlısı ölüb.

Xəbər adının açıqlanmasını istəməyən hərbi mənbəyə istinadən yayılıb, ancaq ölən İD yaraqlılarının sayı necə dəqiqləşdirilib, məlum deyil.

Bu hücumdan bir neçə saat əvvəl Suriyadan Türkiyənin Kilis şəhərinə raket atılıb və 5 nəfər yaralanıb.

Bu il Kilis Suriyadan 70 dəfədən çox raket atəşinə məruz qalıb və 21 adam ölüb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: