Now Reading:
Türkiyədən müalicədən qayıtdı, yol qəzasına düşdü
Full Article 20 second read

Türkiyədən müalicədən qayıtdı, yol qəzasına düşdü



Bakı-Qazax magistral yolunun Qovlar qəsəbəsindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə zamanı “Mercedes” markalı avtomobil yük maşını “Şaqman”la toqquşub. Nəticədə minik maşınında olan 73 yaşlı Gəncə sakini Sitarə İbrahimova xəsarət alıb.Yaralıya tibbi yardım göstərilib. O, daha sonra Gəncədə fəaliyyət göstərən xəstəxanaların birinə göndərilib.

Xatırladaq ki, xəsarət alan qadın Türkiyədən müalicədən qayıdırmış.

Faktla bağlı araşdırma aparılır. (“Report”)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: