Türkiyədən İranın təklifinə cavab gəldi


Başika mövzusunda biz hər kəsin konstruktiv roluna “hə” deyirik.

Axar.az xəbər verir ki, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu İranın Ankara-Bağdad arasında vasitəçilik təklifinə münasibət bildirərkən deyib.

“İraq bizim üçün qardaş və qonşu ölkədir. İraqın suverenliyinə, bütövlüyünə verdiyimiz önəmi ən yaxşı rəsmi Bağdad bilir. Başika düşərgəsi əsassız narahatlıq yaratdı. Bu olmamalı idi. Amma biz problemi yoluna qoymaq üçün diplomatik səylərimizi əsirgəməyəcəyik. İranın burada müsbət rolu olarsa, bundan məmnun olarıq. Çünki İran da bizim qonşumuzdur. Başikada məqsədimiz İŞİD-ə qarşı yerli qüvvələrə təlim keçmək idi. Lakin lazımsız hala gəldi. İranın bu mövqeyi üçün dərin təşəkkürümüzü bildiririk”, – Çavuşoğlu bildirib.

Qeyd edək ki, İran Xarici İşlər naziri Cavad Zərif Türkiyə-İraq münasibətlərinin normallaşması üçün ölkəsinin vasitəçilik etməyə hazır olduğunu bildirmişdi.

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

İraq ordusu Mosulda televiziya binasını ələ keçirdi

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: