Now Reading:
“Türkiyədəki olayların Azərbaycanda yaşanması üçün zəmin və əsas yoxdur”
Full Article 50 second read

“Türkiyədəki olayların Azərbaycanda yaşanması üçün zəmin və əsas yoxdur”

15 İyul tarixində Türkiyədə yaşanan hadisələr dünyanın diqqət mərkəzindədir. Dünyanın bir sıra ölkələri yaşanan bu şokdan sonra əlavə təhlükəsizlik tədbirləri görüblər, dövlət əhəmiyyətli binaların mühafizəsinə əlavə qüvvələr cəlb edilib.


Maraqlıdır, bəs ölkəmizdə Türkiyədəki olaylardan dolayı gücləndirilm iş rejiminə keçilibmi, dövlət əhəmiyyətli binalar necə qorunur? Qardaş ölkədə yaşanan olaylar Azərbaycanda da yaşana bilərmi?
Politoloq Ərəstun Oruclu Moderator.az – a açıqlamasında bildirdi ki, Türkiyədə yaşananlar spesefik hadisələrdir:
“Ərdoğan iqtidarına qarşı qiyam qaldıranlar elə o hakimiyyətin üzvləri idi. Bu spesefik hadisə idi. Biz bilirik ki, dövlətin, əhəmiyyətli obyektlərin təhlükəsizliyinə cavabdeh olan şəxslər ordu, polis olur. Bir halda ki, ordu təhlükəsizliyi qorumalı halda təhlükəsizliyi pozursa ondan qorunmanın əhəmiyyəti olmur. Azərbaycana gəlincə mən belə düşünürəm ki, ölkəmizdə belə halların yaşanması üçün zəmin və əsas yoxdur. Ümumiyyətlə isə istənilən bir dövlətdə hüquq-mühafizə orqanları qiyam qaldırsalar, bunun qarşısını almaq çətin olur. Yəni dövlətin daxilindən qiyam qaldıranlar quruluşun zəif və güclü nöqtələrini bilərək addım atırlar.”

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: