Now Reading:
Türkiyədə yenə bomba partladı – Yaralılar var
Full Article 30 second read

Türkiyədə yenə bomba partladı – Yaralılar var



Atatürk hava limanındakı terror hadisəsindən sonra indi də Türkiyənin şərqində terror baş verib. Bizimyol.info xəbər verir ki, bu dəfə terroru PKK törədib.

PKK tərəfindən yola yerləşdirilən bomba hərbi maşınların keçişi zamanı partladılıb. Nəticədə 2 əsgər ağır yaralanıb. Yaralı əsgərlər Van şəhərinə çatdırılıb.

Daha bir bomba həyəcanı isə İstanbulda yaşanıb. Bazarların birində dava edən iki satıcı, bir qadının yaralanmasına səbəb olub. Belə ki, dava edən satıcıları görən vətəndaşlardan biri “canlı bomba var” deyə qışqırıb. Hadisədən sonra ərazidəki vətəndaşlar hadisə yerindən uzaqlaşmağa çalışıblar. Nəticədə bir qadın yıxılıb və qolu sınıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: