24 saat

Türkiyədə seks kaseti işi ilə bağlı onlarla şəxs həbs edildi


CHP Antalya millət vəkili Dəniz Baykal və bəzi sabiq MHP millət vəkillərinə aid olduğu iddia edilən seks kasetləri ilə bağlı istintaq işi aparan Ankara Baş Prokurorluğu həbs qərarı çıxarıb.

Avropa.info xəbər verir ki, istintaq işi çərçivəsində saxlanılan 47 nəfərdən 38-i haqqında həbs qətimkan tədbiri seçilib.

Ankara Polis İdarəsində ifadələri alınan şəxslər işi aparan prokurorlar tərəfindən həbs qətimkan tədbirinin seçilməsi tələbi ilə məhkəməyə göndərilib. Həbs olunanlar arasında Polis İdarəsinin Kəşfiyyat şöbəsinin region müdiri Ömər Altıparmak olmaqla 38 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

Digər 9 şübhəli nəzarətə götürülmək şərti ilə azadlığa buraxılıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: