24 saat

Türkiyədə partlayış, ölənlər var


Türkiyənin Mardin əyalətindəki Midyat şəhərində törədilən partlayışda 2 polis ölüb, 20-ə yaxın adam yaralanıb.

Polis məntəqəsinin ətrafında minalanmış maşın partladılıb.

Bu şəhərdə əsasən kürdlər yaşayır.

Partlayış nəticəsində 5 mərtəbəli bina və ətrafdakı tikililərə xəsarət dəyib.

Hücumdan sonra təhlükəsizlik qüvvələri ilə PKK yaraqlıları arasında toqquşma olub.

Baş nazir Binali Yıldırım bildirib ki, bu hücumun arxasında məhz kürd yaraqlıları durur.

PKK ötən il hökumətlə atəşkəs sazişindən çıxdıqdan sonra ölkədə bu cür hücumların sayı artıqb.

Bir gün əvvəl-iyunun 7-də İstanbulda törədilən partlayışda isə 11 nəfər ölüb ki, onlardan 7-si polisdir.

Hücuma görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib. Ammason aylar ölkədə törədilən bu cü partlayışlara görə cavabdehliyi “İslam Dövləti” qrupu ilə kürd yaraqlıları üzərlərinə götürüblər.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: