Advertisements
24 saat

Türkiyədə növbəti terakt – ÇOXLU YARALI VAR


Türkiyənin cənub-şərqində, Diyarbəkir vilayətində partlayış baş verib.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, ölkənin təhlükəsizlik orqanlarından çoxlu yaralının olduğu barədə məlumat verilib. Məlumata görə, partlayış Hani şəhəri yaxınlığında şose yolda qeydə alınıb. Hadisə yerinə Təcili yardım briqadaları cəlb olunub. Yaralıların sayı barədə dəqiq məlumat verilmir.

Xatırladaq ki, bundan əvvəl İstanbulun Osmanqazi prospektində yerləşən hərbi hissənin qarşısında partlayış törədilmiş, 5 nəfəri hərbçi olmaqla 8 nəfər yaralanmışdı.

Onu da qeyd edək ki, son aylar Diyarbəkirdə PKK əleyhinə bir neçə əməliyyat keçirilib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: