Türkiyədə internet bağlandı – İnsanlar təşvişə düşdü


Noyabrın 4-nə keçən gecə Türkiyə hakimiyyəti bütün sosial şəbəkələrə və elektron poçta çıxışı bağlayıb. Türkiyədə olan şəxslərin telefonla verdiyi məlumata görə, Facebook, İnstagram, Twitter, WhatsApp, Skype və YouTube-a çıxış bağlanıb, – “Turan” bildirir.

Yerli müşahidəçilərin fikrincə, baş verənlər hakimiyyətin kürdyönümlü xadimlərə qarşı gördüyü tədbirlər və bunun ardınca baş verən terror aktları ilə bağlıdır.

Xatırladaq ki, dünən hakimiyyət kürdyönümlü “Xalqların Demokratiyası Partiyası”nın (HDP) lideri Demirtaş başda olmaqla, partiyadan olan 11 deputatı PKK kürd təşkilatı ilə əlaqədə olmaq ittihamı ilə həbs edib.

Ankara hələlik sosial şəbəkələrin bağlanmasının səbəbləri ilə bağlı rəsmi bəyanat verməyib.

Paylaş:

Taleh Bağırovun həyat yoldaşı açıqlama verdi – VİDEO

Sonrakı Yazı »

5 milyon çinliyə uçuş qadağası qoyuldu

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: