Türkiyədə hərbçilərlə PKK terrorçuları arasında atışma olub, yaralanan var

Türkiyənin Xatay vilayətində hərbçilərlə PKK terrorçuları arasında atışma baş verib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, dağ ərazisində baş verən insident nəticəsində 1 əsgər yaralanıb.

Yaralanan əsgər xəstəxanaya yerləşdirilib. Vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Qeyd edək ki, bu gün Diyarbəkir-Mardin yolunda PKK terrorçularının hərbi avtomobili partlatması nəticəsində 3 əsgər şəhid olub.

“Milyarderlər İttifaqı”nın 2018 projesi: II İbrahimbəyov kimdir? – Özəl

Sonrakı Yazı »

Təyyarə qəzası: ölənlər var

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: