Advertisements
24 saat

Türkiyədə dövlət çevrilişi cəhdinə görə 10 xarici vətəndaş saxlanılıb


“Türkiyədə dövlət çevrilişi cəhdinə görə 10 xarici vətəndaş saxlanılıb”.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş bildirib.

Hökumət sözçüsünün sözlərinə görə, həmin şəxslər Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdindən sonra aparılan istintaq tədbirləri çərçivəsində həbs ediliblər.

N.Kurtulmuş həmçinin dövlət çevrilişi cəhdindən sonra Türkiyədən qaçan hərbçilərin sayının 216 nəfər olduğunu deyib: “Bunlardan 186 nəfəri Türkiyə Silahlı Qüvvələri, 30 nəfəri isə Jandarma Baş Komandanlığının şəxsi heyətinə aiddir. Onların içərisində 9-u general rütbəsi daşıyır”.

Baş nazirin müavini dövlət müəssisələrində çalışanların məzuniyyətə çıxmasına qoyulmuş qadağanın bu gündən etibarən aradan qaldırıldığını vurğulayıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: