Advertisements
24 saat

Türkiyədə doğuş zamanı maraqlı hadisə – Video

Körpə el arasında uşaq “köynəyi” deyilən formada doğulub.

Türkiyədə tibb aləmi üçün nadir hesab edilən hadisə baş verib.
Türkiyəli ginekoloq Kübra Irmak keçirdiyi növbəti qeysəriyyə əməliyyatından sonra yeni doğulan körpənin videosunu sosial şəbəkədə paylaşaraq belə halla ilk dəfə rastlaşdığını bildirib.
Videodan məlum olub ki, körpə el arasında uşaq “köynəyi” deyilən formada doğulub. Yəni aminion rüşeymi xaric olmadan dünyaya gəlib. Həkim əlavə edib ki, ümumiyyətlə, belə doğum ginekologiyada nadir hallarda olur.
Bildirək ki, həmin kisəcik içərisi maye ilə dolu olur və rüşeymi ətraf təsirlərdən qoruyur. Doğuş zamanı aminion qopur, maye xaric olur, bu da uşağın doğuşunu asanlaşdırır.(baku.ws)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: