Now Reading:
Türkiyədə dəhşətli terror – Ölən və yaralananlar var (VİDEO)
Full Article 30 second read

Türkiyədə dəhşətli terror – Ölən və yaralananlar var (VİDEO)

Bu gün saat 08:05 radələrində Adana İcra Hakimiyyətinin qarşısındakı avtoparkda böyük partlayış olub.
Partlayış nəticəsində 2 nəfər həyatını itirib, 21 nəfər yaralanıb və onlarla avtomobilə böyük ziyan dəyib.
Hadisə nəticəsində İcra Hakimiyyətinin və eləcə də yaxınlıqda olan binaların şüşələri qırılıb.
Adana İcra Hakimiyyətinin başçısı Mahmut Demirtaş deyib ki, avtoparkın girişinə yaxın yerdə maşın partladılıb.
Partlayışın qadın tərəfindən həyata keçirildiyi düşünülür.
Terror nəticəsində 2 nəfər ölüb, 21 nəfər yaralanıb. Yaralanan şəxslər təcili xəstəxanalara çatdırılıb.
Ölü sayının artacağından narahatçılıq var.
DHA müxbiri hadisə yerində naməlum qadın terroristin cəsədinin olduğunu bildirib.
 Bizimyol.info

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: