Türkiyədə çayxana atəşə tutuldu – 3 ÖLÜ, 6 YARALI


Türkiyənin Rize əyalətində çayxanaya silahlı hücum edilib. Hücum nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb.

“Report” xəbər verir ki, hadisə əyalətin İkizdere rayonunun Güneyce kəndində baş verib.

İkizdere rayonu bələdiyyəsinin sədri Hasan Köseoğlu bildirib ki, çayxana yoldan keçən maşından atəşə tutulub.

Hadisə ilə bağlı araşdırma aparılır. İlkin məlumata görə, hadisə mübahisə edən iki qrup arasında baş verib.

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

Cəlilabad-Yardımlı yolunda körpü uçdu

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: