24 saat

Türkiyədə bu hərbçilər orduya qaytarılır – FETÖ


FETÖ-nun müxtəlif vaxtlarda ordudan planlı şəkildə uzaqlaşdırdığı hərbçilər Türkiyə Silahlı Qüvvələrinə qaytarılır.


Proses zamanı arxivdəki bütün sənədlər açılacaq. Haqsız şəkildə ordudan uzaqlaşdırılan hərbçilərin geri qaytarılması və ordudakı gizli FETÖ-çuların təsbit edilməsi məsələsi yenidən gözdən keçiriləcək. Məlumata görə, “Vətənin əsl əsgərlərinin geri qaytarılması” adı altında aparılacaq prosesdə əvvəlcə pilotlar orduya gətiriləcək.
Qeyd edək ki, FETÖ-çular tərəfindən ordudan uzaqlaşdırılan hərbçilər öz açıqlamalarında həmin zabitlərin onlara işgəncə verdiyini və müxtəlif bəhanələrlə ordudan xaric etdiyini bildirib.(axar.az)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: