Türkiyədə bir general həbs olundu, biri də azadlığa buraxıldı

Türkiyədə dövlət çevrilişinə cəhdə görə aparılan istintaqla bağlı dünən həbs olunan generallardan biri azadlığa buraxılıb. Biri isə həbs olunub.

24saat.org-un xəbərinə görə, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

 

Bu gün saxlanılan general Türkiyə Silahlı Qüvvələrinin Diyarbəkir şəhərindəki 7-ci korpusunun komandanı, general-polkovnik İbrahim Yılmazdır.

 

O, bu vəzifəyə müvəqqəti olaraq hərbi çevriliş cəhdinə görə saxlanılan Türkiyə Silahlı  Qüvvələrinin Malatya şəhərindəki 2-ci ordusunun komandanı, ordu generalı Adem Hudutinin yerinə təyin edilmişdi.

 

Azadlığa buraxılan general isə dünən həbs olunmuşdu.

 

O, general-mayor Atilla Darendelidir. Sərbəst buraxılan general polisin nəzarəti altına verilib və onun ölkədən çıxmasına qadağa qoyulub.

 

A. Darendeli iyulun 20-də Eskişehirdə saxlanılmışdı.

24saat.org
Loading...

Mehman Hüseynov AZADLIQDA! – FOTOLAR

Sonrakı Yazı »

4 min alim işdən qovuldu: MİT dekanları sorğuya ÇƏKƏCƏK

%d bloqqer bunu bəyənir: