24 saat

Türkiyədə Baş Qərargah rəisini prezident təyin edəcək


Türkiyədə fövqəladə vəziyyət rejimi çərçivəsində qanun hökmündə iki qərarnamə qəbul edilib.

Qərarnamələrə əsasən, bundan sonra Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini Nazirlər Kabinetinin təklifi ilə Türkiyə prezidenti təyin edəcək.

Qərarnamələrdə Telekommunikasiya Rabitə Nazirliyinin bağlanması, Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqəsi olan və Daxili İşlər və Xarici İşlər nazirlikləri, Türkiyə Silahlı Qüvvələri və dövlət qulluğundan xaric edilənlərin yeni siyahısı yer alıb. Polis orqanlarından 2 min 360 nəfər, Türkiyə Silahlı Qüvvələrindən aralarında polkovniklər də olmaqla, 136 nəfər xaric edilib. FETÖ ilə bağlı olan 2 min 692 nəfər dövlət qulluğundan uzaqlaşdırılıb. Əvvəllər Türkiyə Silahlı Qüvvələrindən uzaqlaşdırılmış pilotların geri dönməsinin də yolu açılıb.

Yeni qərarnamədə məhkumlarla bağlı da maddə yer alıb. Maddəyə əsasən, 38 min nəfərin məhbusun şərti azadlığa buraxılması nəzərdə tutulur.

(apa)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: