Advertisements
24 saat

Türkiyədə akademiklər “terrorçu təbliğata” görə mühakimə edilir


Cümə günü dörd türkiyəli akademik İstanbulda “terrorçu təbliğatı” yaymaqda ittiham edilərək mühakimə olunublar.

Akademiklər Türkiyənin kürd üsyançıları ilə münaqişəsini pisləyən petisiyaya imza atmış 1000-dən çox dünya aliminin arasındadırlar.

Cümə günü həmin məhkəmədə ömürlük həbs cəzası ilə üzləşmiş iki məşhur müxalif jurnalistin məhkəmə işi də davam edib.

Türkiyə prezidenti Recep Tayyip Erdoğanın azad sözü boğduğu iddia olunur və o, beynəlxalq tənqidlə üzləşib.

İstanbuldakı məhkəmənin önündə təxminən 200 nəfər etirazçı əllərində “Aakademiklərə azadlıq” şuarları tutublar. Məhkəmə binası çevik polis qüvvələri tərəfindən mühafizə olunub.

Petisiyanı imzalamış akademiklər Türkiyə hökumətini “qəsdən qırğın törətmək və kürd və digər xalqların regiondan deportasiyasını” dayandırmağa çağırıblar.

Esra Mungan Gursoy, Meral Camci, Kivanc Ersoy və Muzaffer Kaya petisiyanı imzalamaqla “terrorçu təbliğatla” məşğul olmaqda və “nifrət və düşmənçiliyi təhrik etməkdə” ittiham edilirlər.

Təqsirli bilinəcəkləri təqdirdə onları yeddi il yarıma qədər həbs cəzası gözləyir, petisiyanı təşkil etmiş Sülh uğrunda Akademiklər qrupu bildirib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: