Now Reading:
Türkiyə-Suriya sərhədində güclü partlayış: 44 ölü, 140 yaralı
Full Article 50 second read

Türkiyə-Suriya sərhədində güclü partlayış: 44 ölü, 140 yaralı



APA bildirir ki, Suriya dövlət agentliyi – SANA-nın yaydığı son xəbərə görə, partlayış nəticəsində 44 nəfər ölüb, 140 nəfərin isə yaralanıb.

 

Eyni zamanda, partlayış Türkiyənin Mardin vilayətinin Nusaybin qəsəbəsində 2 nəfərin yaralanmasına səbəb olub.

 

Türkiyə-Suriya sərhədində güclü partlayış baş verib.

Türkiyə KİV-i xəbər verir ki, hadisə Suriyanın şimalındakı Haseke vilayətinin Qamışlı rayonunda, Hilal qovşağı yolunda baş verib.

Məlumata görə, PKK-nın Suriya qanadı sayılan PYD-nin qərargahı qarşısında minalanmış yük avtomobili partladılıb.

Eyni zamanda, hadisədə 30 evə ciddi zərər dəyib. Suriya dövlət televiziyası patlayışda ölənlərin sayının 31 nəfərin öldüyünü, 170 nəfərin yaralandığını, mərkəzi qərargahı Londonda yerləşən Suriya İnsan Haqlarını Müşahidə Şurası isə aralarında mülki vətəndaşların da olduğu 14 nəfərin öldüyünü açıqlayıb.

“Reuters”in xəbərinə görə, İŞİD partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

Məlumatda, həmçinin Türkiyənin Mardin vilayətinin Nusaybin rayonunda partlayış nəticəsində qırılan şüşələrin 2 nəfəri yaraladığı vurğulanıb. Yaralılar Mehmet Sait Biçen (68) və Nasrettin Dikkat (76) Nusaybin Dövlət Xəstəxanasına qaldırılıblar.(“Report”)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: