Now Reading:
“Türkiyə Suriya məsələsində Rusiya ilə birlikdə hərəkət edəcək”
Full Article 50 second read

“Türkiyə Suriya məsələsində Rusiya ilə birlikdə hərəkət edəcək”



Qabil Hüseynli: “Məqsəd PYD-nin müstəqil dövlət yaratmasını önləməkdir”

Son vaxtlar türkiyəli siyasi yetkililər bundan sonra rəsmi Ankaranın Suriya probleminin həllində daha aktiv rol oynayacağını iddia etməkdədir. Maraqlıdır, özü problemlər içərisində olan, daxili təhlükəsizliyini təmin edə bilməyən Türkiyənin Suriya məsələsində hansısa uğura nail olması mümkündürmü?

Məsələ ilə bağlıModerator.az-a açıqlama verən politoloq Qabil Hüseynli Türkiyənin Suriya siyasətini Rusiya ilə birlikdə koordinasiya edəcəyini vurğuladı:

“Təbii ki, Türkiyə Suriya probleminin həllində aparıcı söz sahibi olmayacaq. O, bu problemin həllində Rusiya ilə birlikdə hərəkət edəcək. Məqsəd də PYD-nin federal dövlətə yaxın müstəqil kürd dövləti yaratmasının qarşısını almaq olacaq. Lakin bu gün Suriya məsələsində mövqe və maraqlar bir-birinə qarışıb. ABŞ PYD-ni müdafiə etməyə başlayıb. Hətta onlara müstəqil dövlət vədi də verilib. Bu cür siyasət isə bölgənin yenidən qarışması, gərginliyin artması deməkdir”.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: